111 kilo narkotikin PUA ilə Azərbaycana keçirilməsinin qarşısı alındı

🛩️ Dövlət Sərhəd Xidmətinin əməkdaşları İrandan Azərbaycana uçuş aparatı vasitəsilə narkotik keçirilməsi cəhdinin qarşısını alıb.

📍 “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilən tədbirlər zamanı ümumi çəkisi 111 kiloqram 200 qram narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

📅 Sentyabrın 22-də 57 kq 500 qram, sentyabrın 24-də isə 53 kq 700 qram narkotik vasitə aşkar edilib.

🔎 Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.