13 milyondan çox vergi borcu olan iş adamının ölkədən çıxışına qadağa qoyuldu

💰 İki şirkətinin dövlət büdcəsinə ümumilikdə 13 milyon 573 min 784 manat vergi borcu yaranan iş adamının Azərbaycandan çıxışına məhdudiyyət tətbiq edilib.

⚖️ Dövlət Vergi Xidmətinin müraciəti əsasında məhkəmə qərar qəbul edib. Borc ödənilənədək 63 yaşlı şirkət rəhbərinin ölkədən çıxışı müvəqqəti məhdudlaşdırılıb.