Ötən gün “Real Azərbaycan” a video müraciət edən 17 yaşlı Əliyev Rinat Elvin oğlunun problemi həllini tapıb.

Belə ki, Rinat Əliyev Ağ Şəhərdə, 2-ci Yaşıl Ada, 3-cü Şərq küçəsində yerləşən “Laven Kafe”də aşpaz köməkçisi kimi işlədiyini və 1000 manatdan artıq əmək haqqının ödənilmədiyini bildirmişdi. Rinatın video müraciəti sosial şəbəkələrdə qısa müddətdə geniş yayılararaq milyonlarla baxış toplayıb.

Bu gün Rinat Əliyev atası Elvin Əliyevlə birlikdə Xətai Rayon Polis İdarəsinə dəvət olunub. Görüş zamanı qarşı tərəf Rinatın əmək haqqını ödəyib və tərəflər arasında məsələ ilə bağlı razılıq əldə olunub.

Rinat Əliyev məsələyə operativ reaksiya verildiyi üçün başda Daxili İşlər Nazirliyi olmaqla, Xətai Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirib.