20 yaşlı futbolçu cüyürlə bağlı qəzada öldü
⚽ Polşalı futbolçu Oskar Kordus yol qəzasında həyatını itirib.
🚨 Hadisə sentyabrın 21-də Qostın şəhəri yaxınlığında baş verib.
Məlumata görə, yola çıxan cüyür avtomobillərdən biri tərəfindən vurulub. Zərbənin təsirindən heyvan qarşıdan gələn digər avtomobilin üzərinə düşüb.
Həmin avtomobili idarə edən Oskar Kordusun maşınının ön şüşəsi sınıb, cüyür salona daxil olub.
🏥 Ağır xəsarət alan futbolçu helikopterlə xəstəxanaya çatdırılıb, lakin həkimlərin səylərinə baxmayaraq vəfat edib.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.