26 yaşlı şirkət rəhbərinin ölkədən çıxışına QADAĞA

Gənc iş adamının rəhbərlik etdiyi MMC-nin dövlət büdcəsinə 228 959 manat vergi borcu yaranıb.

Borclar ödənilmədiyi üçün Dövlət Vergi Xidməti məhkəməyə müraciət edib. Məhkəmənin qərarı ilə borc tam ödənilənədək 26 yaşlı rəhbərin ölkədən çıxışına məhdudiyyət qoyulub.