Bu gün “Rahat Gourmet” supermarketindən kiloqramı 30 manata “Port Bazar Cake” tortu alan müştəri məhsulun keyfiyyətindən narazı qalıb.
“Real Azərbaycan” xəbər verir ki, bununla bağlı “Müştəriyəm Şikayətim Var” adlı Facebook qrupunda Dyadya Fyodor adlı istifadəçi paylaşım edib.
İstifadəçinin sözlərinə görə, tortun qiyməti heç də ucuz olmasa da, keyfiyyəti gözləntiləri doğrultmayıb. Xüsusilə tortun kənarlarına əlavə edilmiş ağ şokolad hissəciklərinin şokolad dadı vermədiyi, əksinə, yağlı, marqarini və hətta sabunu xatırladan xoşagəlməz dada malik olduğu bildirilir.
Paylaşım müəllifi 30 manatlıq tortda bu qədər keyfiyyətsiz əlavələrdən istifadə edilməsini təəssüflə qarşılayaraq narazılığını ictimaiyyətin diqqətinə çatdırıb.
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.