42 milyon manatlıq cinayət işi: “250 firma açıb satmışam”
⚖️ Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət vergi portalı vasitəsilə 42 milyon manata yaxın vəsaiti leqallaşdırmaqda ittiham olunan 11 nəfərin məhkəməsi keçirilib.
💰 Təqsirləndirilən Çingiz Cəfərli 250 şirkət açaraq hər birini 500 manata satdığını, bu məbləğdən özünə 150 manat götürdüyünü bildirib.
📌 İttihama görə, dəstə üzvləri dövlət vergi portalında 1419 saxta elektron qaimə-faktura və digər sənədlər hazırlayaraq 41,8 milyon manat vəsaiti leqallaşdırıblar.
🔹 Təqsirləndirilən şəxslər ittihamları qəbul etməyiblər. Növbəti məhkəmə prosesi dekabrın 4-nə təyin olunub.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.