44» bədii filminin özü kimi saundtreki də hər bir kəsin qəlbinə toxunur

Filmin musiqisinin ilkin yazısı ABŞ-dakı “New York Production Studios”da aparılıb, daha sonra isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin ifasında lentə alınıb. Musiqinin yekun miksinq və masterinq işləri Böyük Britaniyanın məşhur “AIR Studios” studiyasında həyata keçirilib. Filmin musiqi tərtibatı üzrə işlərin ümumi həcmi 394 saat təşkil edib, bunun 202 saatı studiya yazılışına, 192 saatı isə onun işlənilməsinə sərf olunub.