50 yaşına qədər öləcəyini bilən, evlilikdən qaçan bəstəkar
🎤 Qeyri-adi geyimi, fərqli danışıq tərzi və mahnıları ilə seçilən Rəhim Rəhimli həm müğənni, həm bəstəkar, həm də aparıcı kimi tanınıb.
📍 Lent.az “Unudulan sənətkarlar” rubrikasında Rəhim Rəhimlinin həyat və yaradıcılıq yoluna nəzər salır.
Rəhim Rəhimli 1976-cı il dekabrın 28-də Ağdamda dünyaya gəlib. Hərbçi ailəsində böyüyən sənətçinin musiqi təhsili almasını atası istəyib.
Anasının sözlərinə görə, Rəhim ailəsinə və yaxınlarına bağlı, yumşaqürəkli insan olub. Başqalarının qayğısına qalsa da, öz səhhətinə lazımi diqqət yetirməyib.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.