71 yaşlı müğənni Larisa Dolina xüsusi siqnallı avtomobildən istifadə etdiyini açıqladıqdan sonra Rusiyada tənqid olunub.

🚗 Dolina bildirib ki, Moskvadakı tıxac səbəbindən konsertə gecikməmək üçün yanıb-sönən işıqlardan istifadə edib.

⚖️ Dövlət Dumasının deputatları xatırladıblar ki, ifaçıların belə imtiyazı yoxdur və xüsusi siqnaldan qanunsuz istifadəyə görə sürücülük hüququnun 2 ilədək məhdudlaşdırılması mümkündür.

📌 Deputatlar məsələnin araşdırılmasını tələb ediblər. Dövlət Yol Müfəttişliyinin araşdırmaya başlayıb-başlamadığı hələlik məlum deyil.