783 minlik mənimsəmə işi: “Pulu birbaşa Mehdi Əmrahova verirdim”
Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin sabiq rəisi Mehdi Əmrahovun məhkəməsində şahidlər ifadə verib.
💬 Şahid Arif Şıxəliyev bildirib ki, vəsaitlər nağdlaşdırılaraq müxtəlif şəxslər vasitəsilə ötürülüb: “2024-2025-ci illərdən isə pulu birbaşa Mehdi Əmrahova verirdim”.
💰 İttihama görə, Mehdi Əmrahovun Səhiyyə Nazirliyinə məxsus 783 min manatdan çox vəsaiti mənimsədiyi iddia olunur.
📅 Növbəti məhkəmə prosesi oktyabrın 19-na təyin edilib.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.