ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc Bakıda həyatına son qoyub

ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc Turan Fehruz oğlu İslamlı Bakıda həyatına son qoyub.

Məlumata görə, Turan İslamlı Bərdə rayonunun Alaçadırlı kəndində anadan olub. Onun atası Laçın rayonundandır, ailəsi uzun illərdir Bərdə rayonunda məskunlaşıb.

Turan İslamlı Memarlıq və İnşaat Universitetini bitirib. O, bir müddət Şuşada memar kimi fəaliyyət göstərib, daha sonra ABŞ-a gedərək ordu sıralarında xidmət edib.

O, həmçinin güclü şahmatçı kimi tanınıb.

Hadisənin səbəbləri barədə hələlik əlavə məlumat yoxdur.i