Ağdamda yanğın baş verib

Ağdamın işğaldan azad olunan Novruzlu və Yusifcanlı kəndləri yaxınlığında açıq sahədə yanğın qeydə alınıb.

Ərazini sıx tüstü və alov bürüyüb. Yanğının minalardan təmizlənməmiş zonada baş verdiyi bildirilir.

Yanğınsöndürən briqadalar hadisə yerinə cəlb olunub.