Akademik Nizami Cəfərov: Vahid məktəbli geyimi olmasa, normal dərs keçmək mümkün olmaz
Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov məktəblərdə vahid geyim formasının tətbiqini vacib hesab edir.
▪️ Onun sözlərinə görə, Azərbaycanda sosial təbəqələşmə şagirdlərin geyimində də özünü göstərir. Bu isə sinifdə kollektiv mühitin formalaşmasına və normal dərs keçirilməsinə mane ola bilər.
🗣 “Belə olarsa, sinif, kollektiv əhvalı, tədris mühiti yaratmaq, normal dərs keçmək mümkün olmaz”.
Akademik Nazirlər Kabinetinin müəllim və şagirdlərin geyimi ilə bağlı qərarlarını vaxtında verilmiş qərarlar kimi qiymətləndirib.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.