Anna Netrebko 55 yaşını Parisdə qeyd edib

Məşhur opera müğənnisi Anna Netrebko ad gününü Parisdə qeyd edib.

Sənətçi Eyfel qülləsi fonunda çəkdirdiyi fotoları sosial şəbəkədə paylaşıb. O, açıq çəhrayı rəngli qısa don seçimi ilə diqqət çəkib.

Hazırda Vyanada yaşayan Netrebko Vyana Dövlət Operasında çıxış edir. O, 2015-2024-cü illərdə Azərbaycanın Xalq artisti Yusif Eyvazovla evli olub.