Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətlənib, spiker deputata etiraz edib

🏛️ Deputat Milli Məclisdə məcburi köçkün statusuna yenidən baxılmasını təklif edib. O bildirib ki, təxminən 10 min ağdamlının Ağdam qeydiyyatı yoxdur və bu səbəbdən ev ala bilmirlər.

📌 Aqil Abbas atasının Ağdamda 6 otaqlı evi olduğunu, lakin nə özünə, nə də bacı-qardaşlarına ev verildiyini deyib: “Atamın mülkündə tikilən evdən niyə mənə verilməsin?”

🔹 Milli Məclisin sədri Sahibə Qafarova deputata etiraz edib: “Bu qədər iş görülür və niyə bu işlərə ləkə salırsınız? Ağdama ağdamlılar köçməyəndə kim köçür?”