Rusiyada “dost olmayan” ölkələrdən idxal edilən güclü spirtli içkilərin qiymətinin kəskin artacağı gözlənilir.
"Real Azərbaycan" xəbər verir ki, hakimiyyət xarici alkoqollu içkilərə tətbiq olunan gömrük rüsumlarını əhəmiyyətli dərəcədə artırmağa hazırlaşır.
Məlumata əsasən, Rusiyada “dost olmayan” ölkələrdən gətirilən güclü spirtli içkilərə tətbiq edilən gömrük rüsumu hazırkı 3 avrodan 5 avroya qaldırılacaq. Yeni tarif hər litr üçün hesablanacaq.
Nəticədə xaricdən idxal olunan bir şüşə spirtli içkinin qiyməti 2,5 dollardan çox arta bilər.
Yeni qaydaların artıq gələn aydan qüvvəyə minməsi ehtimal olunur.
Bununla belə, Rusiya istehlakçıları bahalaşmanı dərhal hiss etməyəcəklər. Çünki əvvəlki qiymətlərlə ölkəyə gətirilmiş spirtli içki ehtiyatlarının ilin sonuna qədər kifayət edəcəyi gözlənilir.
Hazırda Rusiyada bu kateqoriyadan olan spirtli içkilərə gömrük dəyərinin 20 faizi həcmində, lakin hər litr üçün minimum 3 avro olmaqla rüsum tətbiq edilir. Bu qayda 2024-cü ilin sentyabrından qüvvədədir.
Ekspertlərin hesablamalarına görə, yeni rüsumlar topdansatış qiymətlərini bir şüşə üçün 70–100 rubl artıra bilər. Xüsusilə qiyməti 1500 rubla qədər olan xarici içkilərin bahalaşmadan daha çox təsirlənəcəyi bildirilir.
Digər məlumata görə, 2026-cı ilin ilk doqquz ayında Rusiyada idxal viskisinin pərakəndə satışı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 12 faiz artıb.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.