Astarada ağır qəza: 4 nəfər xəsarət aldı

Astaranın Təxtənəkəran kəndində “Ford Transit”lə “Niva” toqquşub. Qəza nəticəsində 4 nəfər yaralanıb.

🚑 Yaralılar xəstəxanaya yerləşdirilib. Ata və oğul — Gülağa və Rüstəm Əliyevlərin vəziyyəti ağır olduğundan reanimasiyaya yerləşdiriliblər.

İlkin məlumata görə, qəza “Ford Transit”in əyləc sistemində yaranan nasazlıq səbəbindən baş verib.