Astarada mikroavtobus aşıb, çoxlu sayda yaralı var

Kijəbə–Deqədi kənd yolunda 20-yə yaxın sərnişinin olduğu “QazEl” markalı mikroavtobus aşıb.

Qəza nəticəsində 10-a yaxın sərnişin xəsarət alıb. Yaralılar Astara və Lənkəran rayon mərkəzi xəstəxanalarına çatdırılıblar.