Atam anamın qarşısında diz çökməyib, mən də çökmərəm” – Rəşad Kəsəmənli ilə MÜSAHİBƏ

🗣 Tanınmış şair Nüsrət Kəsəmənlinin oğlu, aktyor Rəşad Kəsəmənli qadının qarşısında diz çökərək gül verməyi düzgün hesab etmədiyini bildirib.

💬 “Sevgi şeiri yazıram, amma qadının qarşısında diz çökməli deyiləm. Qadının qarşısında diz çöküb gül verməyi, üzr istəyirəm, bambılılıq sayıram. Kişi niyə diz çöküb gül verməlidir ki? Mənim atam anamın qarşısında diz çökməyib.

Mənim üçün kişi qadının qarşısında diz çökürsə, kişiliyini aşağı salır”.

📌 Aktyor atasının da sevgisini bu şəkildə ifadə etmədiyini vurğulayıb: ❤️ “Yaxşı qadın başının tacıdır, amma diz çökmək yox. Mənim atamın sevgi dili də belə deyildi. Şeirləri idi, qayğısı idi. Mən də belə görmüşəm. Mən atamın-anamın qarşısında diz çökərəm ki, onların mənə etdiklərini qaytara bilmərəm. Allahın qarşısında diz çökərəm. Amma bir qadının qarşısında niyə diz çöküm?”