Axtarışda olan şəxs polisə silahlı müqavimət göstərib

Qanunsuz odlu silah saxlama və dələduzluqda axtarışda olan M.Mirzəyev saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib.

Polis əməkdaşları tərəfindən tabel silahı tətbiq olunmaqla o, zərərsizləşdirilib.

Hadisə yerindən “Makarov” markalı tapança aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.