Azad edilmiş ərazilərdə daha 361 mina və 624 partlamamış hərbi sursat aşkarlanıb

📍 ANAMA-nın məlumatına görə, oktyabrın 5-11-də aparılan minatəmizləmə əməliyyatları zamanı 327 piyada əleyhinə, 34 tank əleyhinə mina və 624 partlamamış hərbi sursat (PHS) aşkar edilib.

🌱 Ötən həftə ümumilikdə 1239,1 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.