Azərbaycan idmançısı Cəmilə Muradlı Monteneqronun Budva şəhərində keçirilən 17 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olub.

🥇 Azərbaycan Boks Federasiyasından XQ-yə verilən məlumata görə, 57 kq çəki dərəcəsində mübarizə aparan milli komandanın üzvü finalda Almaniya təmsilçisi Aliya İbrahimiyə qalib gəlib.

🥊 Bu gün daha 4 azərbaycanlı boksçu final döyüşünə çıxacaq.