Azərbaycan Mətbuat Şurası Türkiyənin bəzi media resurslarında Azərbaycanla bağlı qərəzli və təhrif olunmuş məlumatların yayılmasından narahatlığını bildirib.

⚠️ Bəyanatda xüsusilə məktəbli forması məsələsinin “hicab qadağası” kimi təqdim olunması, köhnə və saxta foto-videolardan istifadə edilməsi və təsdiqlənməmiş iddiaların fakt kimi yayılması tənqid olunub.

🤝 Şura vurğulayıb ki, belə yanaşmalar Azərbaycan-Türkiyə münasibətlərinin ruhuna uyğun deyil.

📌 Türkiyə mediası Azərbaycana dair məlumatları dərc etməzdən əvvəl etibarlı mənbələr əsasında yoxlamağa, yanlış məlumatları isə operativ şəkildə düzəltməyə çağırılıb.