Azərbaycan rejissoru Rüfət Əsədovun “Ananın duası” sənədli filmi Moskva Yəhudi İcmasında nümayiş olunub.

Film Oğuzda doğulmuş ravvin Şmuel Simantovun həyatından və anası Batyənin fədakarlığından bəhs edir.

Ekran əsəri Azərbaycan və İsrailin “Sholumi” Mərkəzinin birgə layihəsidir. Rejissor nümayişdən sonra Azərbaycanın multikulturalizm ənənələrindən və müxtəlif dinlərə hörmətindən danışıb.