Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

▪️ Türkiyənin bəzi media və sosial şəbəkə hesabları Azərbaycanın İsraillə əlaqələrini “xəyanət” adlandırır. Halbuki Şuşa Bəyannaməsi hər iki müttəfiq dövlətin müstəqil xarici siyasət yürütmək hüququnu təsbit edir.

▪️ Türkiyə bildirir ki, 2024-cü ilin mayından İsraillə birbaşa ticarəti dayandırıb. İsrail Mərkəzi Bankı isə 2024-cü ilin sonlarında da ölkəyə ayda 100–200 milyon dollarlıq Türkiyə istehsalı mal daxil olduğunu göstərir. Bank bu fərqi üçüncü ölkələr üzərindən ticarət və Filistinə göndərilən yüklərin İsrail gömrük məkanında qeydə alınması ilə izah edir. Bu göstərici birbaşa satışın sübutu deyil.

▪️ Ritorika ayrı, rəqəmlər ayrı: Azərbaycanı ittiham etməzdən əvvəl bu fərqi də dürüst izah etmək lazımdır.