Azərbaycançılıq ideologiyası cəmiyyətimizi vahid amal ətrafında birləşdirir - RƏY
Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, Azərbaycançılıq milli həmrəyliyin və dövlətçiliyin əsas dayağıdır.
Onun sözlərinə görə, bu ideologiya etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşları vahid Vətən ətrafında birləşdirir, milli kimliyi və dövlətçilik dəyərlərini qoruyur.
Deputat vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin formalaşdırdığı bu ideoloji xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir. O, Azərbaycanın multikulturalizm, qarşılıqlı hörmət və birgəyaşayış prinsiplərinə sadiqliyini də qeyd edib.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.