Azərbaycanda 7 ayda 1696 əkiz və 60 üçəm doğulub
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 48 954 körpə doğulub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, doğum səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə hər 1000 nəfərə 9,2-dən 8,2-yə enib.
Doğulan körpələrin 53,4%-i oğlan, 46,6%-i qız olub.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.