Azərbaycanda “card-to-card” köçürmələrin həcmi 48 milyard manat olub
📊 “APA-Economics” xəbər verir ki, bu ilin 9 ayında kartdan-karta köçürmələrin ümumi həcmi 48 milyard manat təşkil edib. Ötən il isə bu göstərici 66 milyard manat olub.
⚠️ AMB sədri Taleh Kazımov bildirib ki, əməliyyatların böyük həcmi və qanunsuz məqsədlərlə istifadə riskləri nəzərə alınaraq banklar bu köçürmələrə limitlər tətbiq ediblər.
🔎 Onun sözlərinə görə, limitlərin məqsədi qanuni əməliyyatlara mane olmaq deyil, vergidən yayınma və digər qanunsuz fəaliyyət risklərinin qarşısını almaqdır.
Əsaslandırılmış müraciət olduqda limitlər artırıla bilər.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.