Azərbaycanda məktəblərdə “TikTok” sosial şəbəkəsinə və 200-dən çox zərərli məzmuna məhdudiyyət qoyulub.

🏫 Elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, məhdudlaşdırılan kontentlər arasında cinayət, narkotik və şiddət xarakterli görüntülər də var.

👨‍👩‍👧‍👦 O vurğulayıb ki, nəzarət yalnız məktəblə məhdudlaşmamalı, ailələr də uşaqların belə platforma və məzmunlardan uzaq qalmasına diqqət etməlidirlər.