Azərbaycanda polis rəisinin müavini faciəvi şəkildə vəfat edib

Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərəc Həsrətov dünyasını dəyişib.

⚡ Bir müddət əvvəl Daşaltı kəndində oğurluq hadisəsi ilə bağlı əraziyə baxış keçirərkən onu elektrik cərəyanı vurub.

Ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən polis mayorunun hər iki qolu amputasiya olunub.

Uzun müddət müalicə alsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Fərəc Həsrətov bu gün xəstəxanada vəfat edib. Allah rəhmət eləsin!