Azərbaycanın İstanbul Konsulluğu qarşısına gedənlər kimlərdir? – 15 il əvvəl Mövsüm Səmədovu müdafiə edirdilər

📌 İstanbulda Azərbaycanın Baş Konsulluğu qarşısında keçirilən son etiraz aksiyası 15 il əvvəl eyni məkanda baş verən oxşar hadisəni gündəmə gətirib.

Son aksiyanı Türkiyədə fəaliyyət göstərən Özgür-Der təşkil edib. Aksiyada Azərbaycandakı bəzi dini təhsil müəssisələri ilə bağlı qərarlara etiraz edilib.

🔙 Professor Aygün Attar xatırladıb ki, 2011-ci ilin yanvarında da Azərbaycanın diplomatik nümayəndəliyi qarşısında aksiya keçirilib. Həmin vaxt etirazçılar Azərbaycan İslam Partiyasının o zamankı sədri Mövsüm Səmədovun azadlığa buraxılmasını tələb ediblər.

💬 Attar 15 il sonra oxşar aksiyanın keçirilməsini təsadüfi saymır. O, bunu Zəngəzur dəhlizi ətrafında gedən proseslərlə əlaqələndirərək, həssas məsələlərdən Türkiyə-Azərbaycan münasibətlərində gərginlik yaratmaq üçün istifadə edilməməli olduğunu bildirib.