Azərbaycanlı futbolçunun qətlinə görə həbs olunan keçmiş döyüşçü yenidən saxlanılıb
Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı futbolçu Emil Hüseynovun qətlinə görə 9 il həbsdə olmuş Tiqran Çiçakyan yenidən həbs edilib.
30 yaşlı Çiçakyan bu dəfə adam oğurluğunda ittiham olunur. Onunla birlikdə daha bir şəxsin də saxlanıldığı bildirilir.
İttihama görə, onlar bir qrup şəxs halında zor tətbiq etməklə və tamah məqsədilə adam oğurlamaqda şübhəli bilinirlər. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Tiqran Çiçakyan 2016-cı ildə futbolçu Emil Hüseynovun qətlinə görə 9 il müddətinə azadlıqdan məhrum edilmiş, 2024-cü ildə azadlığa çıxmışdı.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.