“Anım Günü” paylaşımında bayraq səhvi: “BABAT All Mood Bistro”nun paylaşımı diqqət çəkdi
Səbail rayonunda, Əbdülkərim Əlizadə küçəsi 3 ünvanında fəaliyyət göstərən “BABAT All Mood Bistro” adlı kafe-gecə klubunun 27 Sentyabr – Anım Günü ilə bağlı “Instagram” səhifəsində etdiyi paylaşım diqqət çəkib.
“Real Azərbaycan” xəbər verir ki, müəssisənin hazırladığı paylaşımda Azərbaycan Respublikasının Dövlət Bayrağının təsvirində kobud texniki səhvə yol verilib.
Belə ki, paylaşımda dövlət bayrağının üzərindəki səkkizguşəli ulduzun guşələrinin sayı düzgün əks etdirilməyərək 9 guşəli formada təqdim olunub. Nəticədə Azərbaycan bayrağının təsviri təhrif edilmiş formada ortaya çıxıb.
Qeyd edək ki, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanunun 11-ci maddəsində dövlət bayrağı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət nəzərdə tutulur.
Qanunun tələblərinə zidd istifadə, habelə Azərbaycan Respublikasının Dövlət Bayrağı barədə təhqiredici hərəkətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb ola bilər.
Məsələ ilə bağlı “BABAT All Mood Bistro”nun mövqeyini dərc etməyə hazırıq.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.