Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək Azərbaycanda hazırda zeytun yığımı mövsümüdür. Elə bu mövsümdə Dənizkənarı Milli Parkın ərazisində Zeytun Festivalı keçiriləcək. Oktyabrın 23-25-də keçiriləcək festivalın qonaqlarını dadlı məhsullar, canlı musiqi, sənət nümayişləri və ailəvi istirahət üçün unudulmaz ab-hava gözləyir. Tədbirin əsas məqsədi Azərbaycanın qədim zeytunçuluq ənənələrinin təbliği, yerli istehsalçıların tanıdılması və dəstəklənməsi, eləcə də bu sahədə milli brendin formalaşdırılmasına töhfə verməkdir.

Üç gün davam edəcək festival ərazisinə giriş, əyləncə və konsert proqramlarına qoşulmaq ödənişsiz olacaq.