Bakı tarixdə ilk dəfə keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalına ev sahibliyi edir.

🌍 Turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən 4 minə yaxın gənc futbolçu, məşqçi və rəsmi iştirak edir.

🏟 Hövsan Yarış Kompleksindəki 10 futbol meydançasında turnir çərçivəsində 1000-ə yaxın oyunun keçirilməsi nəzərdə tutulur. 📌 Açılış oyunu və final qarşılaşması Bakı Kristal Zalında təşkil olunacaq.