Bakıda 17 mərtəbəli binadan yıxılan gənc 40 gün sonra öldü

📍 Bakının Xətai rayonunda binadan yıxılan 22 yaşlı gənc vəfat edib.

Hadisə avqustun 12-də baş verib. Ömər Qarayev yaşadığı 17 mərtəbəli binanın 3-cü mərtəbəsindəki mənzilin eyvanından yıxılaraq xəsarət alıb.

🏥 O, hadisədən sonra xəstəxanaya yerləşdirilib və 40 gün ərzində müalicə alıb. Həkimlərin səylərinə baxmayaraq, sentyabrın 23-də dünyasını dəyişib.

🔎 Faktla bağlı araşdırma aparılır.