Bakıda arvadını öldürən ər məhkəmədə danışdı: “Bıçağı corabımdan çıxardım…”

⚖️ Pərvanə Abbasovanı öldürməkdə təqsirləndirilən Vasif Abbasov məhkəmədə ifadə verib.

▪️ O, həyat yoldaşı ilə münasibətlərinin gərgin olduğunu və hadisə günü onu boşanmaq fikrindən daşındırmağa çalışdığını deyib.

🗣️ “Corabımın içindən çıxardığım bıçağı ona necə vurduğumu bilmədim”, – deyə bildirib.

📌 Qeyd edək ki, 35 yaşlı müəllimə Pərvanə Abbasova martın 20-də Hövsan qəsəbəsində bıçaqlanaraq öldürülüb.