Bakıda atasını öldürən gəncə 1 il 6 ay həbs cəzası verilib
🔹 Bakı Ağır Cinayətlər Məhkəməsində 19 yaşlı Ayxan Vəlizadəyə hökm oxunub.
▪️ Məhkəmə onun əməlini zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə kimi qiymətləndirib.
🔸 Gəncə 1 il 6 ay həbs cəzası təyin edilib.
❗ Dövlət ittihamçısı onun 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
📍 Hadisə 2025-ci ilin dekabrında Bakının Ramana qəsəbəsində baş verib.
▫️ Ayxan Vəlizadə 44 yaşlı atası İftixar Vəlizadəni kəsici alətlə qətlə yetirməkdə təqsirləndirilib.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.