Bakıda binanı işıqsız qoyan qohumlara HÖKM OXUNDU – Biri həbs edildi
Yasamal rayonunda iki qohum yaşayış binasının 3 blokundakı elektrik naqillərini kəsərək oğurlayıb. Nəticədə sakinlər işıqsız qalıblar.
💰 Oğurlanan mis naqillər metal qəbulu məntəqəsinə 200 manata satılıb. Yaşayış kompleksinə isə 3 min manat ziyan dəyib.
📹 Hadisəni törədən şəxslər müşahidə kameraları vasitəsilə müəyyən edilərək saxlanılıblar. Dəymiş ziyan ödənilib.
⚖️ Məhkəmənin hökmü ilə qohumlardan biri 2 il 6 ay həbs, digəri isə 2 il 5 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.