Bakıda bu yollar 8 gün bağlı olacaq – DYP sürücülərə müraciət etdi
“Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər
20 sentyabr saat 01:00-dan 28 sentyabr saat 08:00-dək
nəqliyyatın hərəkəti üçün bağlı olacaq.
İlkin məhdudiyyət isə
19 sentyabr saat 21:00-dan
Puşkin küçəsinin Üzeyir Hacıbəyli küçəsi və Neftçilər prospekti ilə kəsişən hissəsində tətbiq ediləcək.
Məhdud zonalara giriş-çıxış yalnız
“Yaşayış Yerinə Giriş İcazəsi”
ilə mümkün olacaq. 21–23 sentyabr tarixlərində müəyyən saatlarda xüsusi tranzit dəhlizləri açılacaq.
DYP sürücüləri yarış günlərində şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyə və şəhər mərkəzinə ictimai nəqliyyatla gəlməyə çağırıb.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.