Bakıda evdən meyit tapılıb.

Lent.az-ın xəbərinə görə, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində baş verib.

Qəsəbə sakini 45 yaşlı Zaur Qadir oğlu Qasımovun meyiti yaşadığı evdə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Araşdırma aparılır.