Bakıda FACİƏ: zibil daşıyan maşın qoca kişini vurub öldürdü

Məlumata görə, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. Zibil tullantılarını yığan yük maşını 84 yaşlı Alman Məmmədovu vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.