Bakıda, Gəncədə və Sumqayıtda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

👮 Tədbirlər nəticəsində 7 nəfər saxlanılıb. 💊 Onlardan ümumilikdə 82 kiloqram narkotik vasitə və 6365 ədəd narkotik tərkibli həb aşkarlanıb.

📌 Araşdırmaya görə, saxlanılan şəxslər xaricdə yaşayan narkotacirlərin tapşırıqları əsasında ölkəyə gətirilən narkotiklərin dövriyyəsini təşkil ediblər.

⚖️ Faktlarla bağlı cinayət işləri başlanıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.