Bakıda kafeni yandırmaqda və nəticədə bir nəfərin ölümünə, 12 nəfərin xəsarət almasına səbəb olmaqda təqsirləndirilən Famil Kərimovun məhkəməsi davam edir.

🗣 Şahidlər bildiriblər ki, hadisədən əvvəl kafedə mübahisə yaranıb və Famil Kərimovun “Bura od vurub yandıracağam” dediyi eşidilib.

⚠️ İttihama görə, o, benzin alaraq kafeyə qayıdıb və obyekti yandırıb.

💔 Yanğın zamanı Ceyhun Əhmədli xilas olmaq üçün ikinci mərtəbədən özünü aşağı atıb və aldığı xəsarətlərdən həyatını itirib. Daha 12 nəfər yaralanıb. 🗓 Növbəti məhkəmə iclası noyabrın 11-nə təyin olunub.