Bakıda kişi sükan arxasında öldü
Bakının Suraxanı rayonunda 68 yaşlı kişi idarə etdiyi avtomobildə qəfil vəfat edib.
📍 Hadisə Hövsan qəsəbəsində baş verib. Qəsəbə sakini Zahab İrez oğlu Allahverdiyev “Mercedes” markalı avtomobildə hərəkətdə olarkən dünyasını dəyişib.
İlkin məlumata görə, onun ürək çatışmazlığından öldüyü bildirilir.
Araşdırma aparılır.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.