Bakıda “makler”i öldürən şəxsə HÖKM OXUNDU

🔪 Binə qəsəbəsində 52 yaşlı Səlim Əliyevi bıçaqlayaraq öldürməkdə təqsirli bilinən Maksim Əhmədov 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

📍 Hadisə 2025-ci il aprelin 25-də Xəzər rayonunun Binə qəsəbəsində baş verib. Qətlin tərəflər arasında yaranmış mübahisə zamanı törədildiyi bildirilir.

👨‍⚖️ Dövlət ittihamçısı təqsirləndirilən şəxsə 18 il 6 ay həbs cəzası istəmişdi.