Bakıda qadın açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. 🦴 Hadisə Xətai rayonunda baş verib. Qadının sağ baldır sümükləri sınıb.

⚖️ Faktla bağlı AAYDA-nın vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb olunub.

Birinci instansiya ona bəraət versə də, Bakı Apellyasiya Məhkəməsi bu hökmü ləğv edib.

💰 Vəzifəli şəxs səhlənkarlıqda təqsirli bilinərək 2000 manat cərimələnib.