Bakıda saxta aksiz markalı spirtli içkilərin hazırlandığı qanunsuz sex aşkarlanıb.

🏠 Xəzər rayonunda fərdi yaşayış evində kustar üsulla alkoqollu içkilər hazırlanaraq satışa çıxarılıb.

🍾 Obyektdən yüzlərlə “ORGANİC SOFT” adlı alkoqollu içki, aksiz markasız məhsullar, 124 saxta aksiz markası, etiket, tıxac və avadanlıqlar götürülüb.

👷 Sexdə 3 nəfərin əmək müqaviləsi olmadan işlədildiyi də müəyyən edilib. 🔎 Faktla bağlı araşdırmalar davam etdirilir.