Bakıda sosial şəbəkədə tanımadığı qadını şantaj edən şəxs həbs olunub. O, hədə-qorxu ilə 200₼ tələb edib. Qadın onun kimliyini bilmək üçün göndərdiyi bank kartına cəmi 1 manat ödəniş edib.

Təqsirləndirilən şəxsin saxta profildən istifadə etdiyini müəyyən edən qadın onun əsl adını öyrəndikdən sonra polisə müraciət edib.

Qadını şantaj edərək cəmi 1 manat əldə edən təqsirləndirilən şəxs 3 il müddətinə azadlıqdan məhrum edilib.